Cerom Selincer

Cerom Selincer
ing. Jerome David Salinger
Doğum tarixi
Doğum yeri Nyu-York, ABŞ
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri Korniş, Nyu-Hempşir, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Təhsili
Fəaliyyəti Çovdarlıqda uçurumdan qoruyan (roman, 1951), Doqqoz hekayə (1953), Seymur: Giriş (1963)
Fəaliyyət illəri 1940-1965
Əsərlərinin dili İngilis
İlk əsəri Gənc adamlar (1940)
Tanınmış əsərləri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cerom Devid Selincer (ing. Jerome David Salinger; 1 yanvar 1919[1][2][…], Nyu-York, Nyu-York ştatı[3]27 yanvar 2010[4][5][…], Korniş[d], Nyu-Hempşir) — Amerika yazıçısı.

Yazıçının ilk qələm əsəri "Gənc adamlar" hekayəsi 1940-cı ildə işıq üzü görüb. 1941–48-ci illərdə "Colliers", "Esquire" və "Cosmopolitan" kimi dəbli jurnallarda iyirmi hekayə yayımlayıb. Selincerə dünya şöhrətini 1951-ci ildə yazdığı yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" gətirmişdi. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdı.

Selincer Dzen-Buddizm məktəbindən təsirlənmiş və bunu əsərlərinə yansıtmışdır.

1963-cü ildən heç bir yeni kitabı çıxmamış və yazıçı qapalı həyat tərzi keçirməyə başlamışdır.

1951-ci ildə yazdığı "Çovdarlıqda uçurumdan qoruyan" romanı isə əməlli-başlı səs-küyə səbəb olmuşdu. Burada baş qəhrəman olan Holden Kolfildin necə uşaqlıq, gənclik illüziyalarından böyüməsi əsrarəngiz və ən əsası bənzərsiz təsvir olunub. Xüsusən o dövrün gənc oxuyucularını təsirləndirən bu roman Selincerə məşhurluq qazandırır. Dünyanın müxtəlif ölkələrində ümumilikdə 60 milyon nüsxə ilə satılmış bu roman Devidin yazdığı yeganə romandır.

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Itaú Cultural J. D. Salinger // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
  3. Deutsche Nationalbibliothek Record #118605054 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. McGrath C. J. D. Salinger, Literary Recluse, Dies at 91 (ing.). // The New York Times / J. Kahn Manhattan, NYC: New York Times Company, A. G. Sulzberger, 2010. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
  5. J. D. Salinger // filmportal.de. 2005.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search